Dapper vs EF core vs LINQ2DB performans testi
Jul 26, 2020 Orm, Benchmark, .Net core, Performance Measurement
Hamıya salam. Keçən məqaləmdə ORM-lər haqqında qısa məlumat vermişdim və LINQ2DB, Dapper, EF core istifadə edib sadə proqram yazaraq hansının rahat olduğunu müqayisə etməyə çalışmışdım. Məqalədə də dediyim kimi Dapper-lə işləmək mənə daha xoş gəldi. Lakin məqalənin sonunda da bildirdiyim kimi EF core-da FromSQLRaw funksiyası ilədə bir başa SQL əmrləri yazaraq EF core-u sadecə map üçün işlədə bilərik. Bəs görəsən bunlardan hansı sürətli olacaq Dapper ya EF core? Bu sualdan yola çıxaraq internetdə bununla bağlı araşdırmalar etdim və bir sıra məqalələrlə qarşılaşdım. Lakin bu da kifayət etmədi və yazdığım hər üç ORM-i benchmark edib aralarındakı fərqləri rəqəmlərlə görməyə çalışdım. .Net-də metodu benchmark etmək üçün BenchmarkDotNet-dan istifadə olunur. İlk öncə “BenchmarkDotNet nədir ?” sualını cavablandırmağa çalışım.
Read More